Artıq koronavirusu mikroskopsuz da görmək mümkün olacaq - VİDEO

14:40 15-05-2020 588

Artıq koronavirusa hər tərəfdən baxmaq mümkün olacaq və bunun üçün mikroskopa ehtiyac yoxdur. Belə ki, SARS-SoV-2 koronavirusunun təfərrüatlı 3D modeli və animasiyası hazırlanıb.

Bu barədə RT xəbər yayıb.

Məlumata görə, layihəni Rusiyanın elmi vizualizasiya ilə məşğul olan “Visual Science” şirkəti üç aya hazırlayıb.

Rənglər elə seçilib ki, virusun parazit təbiəti görünsün: parlaq rənglər – viral genomla kodlaşdırılan zülalları, boz rənglər isə ana hüceyrədən virus tərəfindən alınmış strukturları təcəssüm edir.