Bakıda uşaq bağçasından və tədris mərkəzindən oğurluq edən şəxs yaxalandı

20:00 15-05-2020 583

Bakıda uşaq bağçasından oğurluq edilib.

Daxili İşlər Nazirliyiin Mətbuat Xidmətindən verilən məlumata görə, naməlum şəxs pəncərədən içəri daxil olaraq, oradan kompüter avadanlıqları və müşahidə kamerasının yaddaş blokunu oğurlayıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, Ağdaş rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Habil Seyidov saxlanılıb.

Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən “Rus Dili Mərkəzi”ndən, həmçinin üç kafe və bir “Play Station” salonundan dörd televizor, oyun aparatları və sair qiymətli əşyalar oğurladığı məlum olub.

Qeyd edilən xüsusatlarla saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayətlər törətməkdə şübhəli bilinən Habil Seyidov tutularaq, istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.