“Dədə Qorqud” tankeri təmir olunaraq istismara qaytarılıb

02:20 16-05-2020 325

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Dədə Qorqud” tankeri təmir olunub.

HerGun.Az xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, əsas göyərtəsi tam təmizlənərək rənglənib. Baş və köməkçi mühərrikləri təmir olunub.

Bundan başqa, gəmi üzrə boru, elektrik quraşdırma və avtomatika işləri də həyata keçirilib. Həmçinin heyətin yaşayış otaqlarında və yeməkxanasında təmir aparılıb.

Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.

“Dədə Qorqud” tankerinin uzunluğu 149,9, eni 17,3 metr, yükgötürmə qabiliyyəti 13 min tondur. Tanker eyni vaxtda bir neçə növ neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulub.