Goranboyda partladıcı aşkarlandı - FOTO

03:00 16-05-2020 319

Daxili İşlər Nazirliyinin Xocalı Rayon Polis Şöbəsindən (RPŞ) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Todan kəndindən Mənəşli kəndinə gedən yolun sağ tərəfində kolluq ərazidə partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. 

ANAMA-dan HerGun.Az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xocalı Rayon Polis Şöbəsinin və Goranboy rayon Mərkəzi Xəstəxanasının əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. 

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd V-30 partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Partladıcının ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.