Azərbaycanlı müğənni: “Röya toyda oxuyanda qan su yerinə axdı” - VİDEO

13:00 17-05-2020 447

“Yeni ulduz” mahnı müsabiqəsi ilə məşhurlaşan müğənni Elvin Abdullayev Xalq artisti Röya Ayxan barədə maraqlı açıqlamar verib.  

HerGun.Az xəbər verir ki, ARB TV-də yayımlanan “Söhbət var” axşam şousunda qonaq olan sənətçi həmkarı ilə iştirak etdiyi toyda baş verən qalmaqallı hadisənin pərdəarxası məqamlarından söhbət açıb. 

E.Abdullayev toyun sonunda dava-dalaşa şahidlik etdiyini dilə gətirib: “Dörd-beş ay bundan əvvəl, adlı-sanlı restoranların birində oliqarx toy təşkil olunmuşdu. Məclisi aparmağı isə mənə həvalə etmişdilər. O toyda bu hadisənin baş verəcəyi ağlımın ucundan da keçmirdi. Çünki həm gəlin, həm də bəyin tərəfi (qohumları - red.) ziyalı idilər. Xalq artisti Röya Ayxan yarım saatlıq çıxış etmək üçün toya gəldi. Onun ifasından sonra mən çıxış etməli idim. Foyeyə çıxıb gördüm ki, toyda qan su yerinə axır. Bəyin iş yoldaşlarından biri dava saldı. Ümumiyyətlə, o toydan belə şeyi gözləmirdim. Amma demək ki, hər şey olur. Toyun sonunda, inanın elə biabrçılıqlar oldu ki... İndi həmin ailə ilə danışıram, münasibətim var. Deyirlər ki, toyda çıxış edən müğənnilər əla idi, əfsuslar olsun ki, məclisin sonunda belə bir hadisə yaşandı və qanımız qaraldı”.  

Rəşad Əliyev