Həftənin ilk günündə hava necə olacaq? - PROQNOZ

13:20 17-05-2020 370

Mayın 18-də gözlənilən hava proqnozu açıqlanıb.  

Milli Hidrometeorologiya Xidmətindən HerGun.Az-a verilən məlumata görə,  mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu  gecə 9-12° isti, gündüz  18-20° isti olacaq. 

Bakıda  gecə 9-11° isti, gündüz  18-20° isti olacaq. Atmosfer  təzyiqi 768 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət  70-80 %, gündüz 40-45% olacaq.  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu  gecə 10-15° isti, gündüz  23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz  10-15°  isti olacaq.