Sabirabadda yol qəzası piyadanın ölümünə səbəb oldu

16:40 17-05-2020 357

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhəri H.Əliyev prospektində baş verib. 

“VAZ 2107” markalı avtomobil yolu keçən Sabirabad şəhər sakini, Mirəliyev Elnur Xanış oğlunu vurub.  

Ağır kəllə-beyin travması alan yaralı Şirvan şəhər xəstəxanasına aparılarkən yolda keçinib. 

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.