Gənc kəsdiyi ağacın altında qalaraq öldü - FOTO

05:20 18-05-2020 402

Türkiyədə gənc kəsdiyi ağacın başına düşməsi nəticəsində ölüb.

“Hürriyet”in məlumatına görə, hadisə Sakarya vilayətində baş verib.

Belə ki, 24 yaşlı Hakan Çelik meşəyə ağac kəsməyə gedib. O, balta ilə vurduğu ağacın başına aşması nəticəsində ağır yaralanıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.

Lakin o, xəstəxanada həyatını itirib.