Toy etmək istəyənlərin NƏZƏRİNƏ - Şadlıq evlərinin fəaliyyətə başlaması ilə bağlı MÜHÜM AÇIQLAMA

17:40 18-05-2020 380

“Şadlıq evləri hələlik açıq deyil və yaxın müddət üçün gözlənilmir”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, iyun-iyul ayında toy olub-olmaması barədə indidən söz demək çətindir:

“BugünkÜ statistikaya əsasən, deyirik ki, şadlıq evlərinin açılması gündəmdə deyil.

Amma sabah vəziyyət necə dəyişəcəksə, ona uyğun olaraq mütəxəssislərlə qərar veriləcək”.

İlhamə Əbülfət