Liftdə ani diqqətsizlik təhlükəli vəziyyət yaratdı - VİDEO

04:00 19-05-2020 662

Bir neçə gənc şüşə lövhəni liftə salmağa çalışırlar. Ani bir diqqətsizlik nəticəsində  qapılar bağlanır və lift aşağı doğru hərəkət etməyə başlayır. Saniyələr sonra  şüşə çilik-çilik olaraq gənclərin üstünə səpələnir.

“Daily Mail”in məlumatına görə, qorxulu hadisə Vyetnamda yaşanıb.

Xoşbəxtlikdən liftdə olanlar yüngül zədələrlə hadisədən xilas ola biliblər.