AZAL 188 nəfəri Almaniyadan ölkəyə gətirdi

21:40 19-05-2020 40

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 19 may tarixində Berlindən Bakıya çarter reysi yerinə yetirilib. 

AZAL-dan HerGun.Az-a verilən məlumata görə, həmin reyslə 188 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib. 

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib. 

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.