Tərtərdə 10 yaşlı qız kanalda batdı

01:20 20-05-2020 324

Tərtərdə 10 yaşlı qız uşağı kanala düşüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.  

Hadisə ilə bağlı FHN-nin Kiçik Həcimli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları   10 yaşlı qızın axtarışına başlayıb.  

Nişanə Elməddin qızının kənd ərazisindən keçən su kanalında boğulduğu ehtimal olunur.  

Faktla bağlı araşdırma aparılır.