Bakıda 39 yaşlı kişi intihar etdi
13:40 20-05-2020 340
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Mayın 19-da, saat 18:00 radələrində Zabrat qəsəbəsinin 1981-ci il təvəllüdlü sakini Anar Əlizadə yaşadığı evin həyətində özünü asıb.
İntiharın səbəbi hələlik müəyyən edilməyib.
Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinə başlanılıb.
Ramella İbrahimxəlilova