Peskovun həyat yoldaşı koronavirusdan sağaldı, özü isə hələ müalicə olunur

14:00 21-05-2020 346

Rusiya prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskovun xanımı Tatyana Navka  koronavirusdan sağalıb və artıq xəstəxananı tərk edib.

Bu barədə “LifeShot” “Telegram” kanalı xəbər yayıb.

“Yaxşıyam, xəstəxanadan buraxılmışam… Testin cavabı mənfidir. Hər şey qaydasındadır”, - deyə o bildirib.

T.Navka əri Dmitri Peskovun müalicəsi ilə bağlı da şərh verib:

“Sağalmağa doğru gedir, ancaq hələlik xəstəxanadadır”.