Rusiyada vətəndaşlıq alanların siyahısında azərbaycanlılar neçənci yerdədir? - FOTO

20:00 21-05-2020 414

Azərbaycanlılar Rusiyadan vətəndaşlıq alanların siyahısında 3,4 faizlə yeddinci yerdədir.

Bu barədə “Sputnik”in hazırladığı qrafikdən məlum olub.

Ümumilikdə, 2016-cı ildən bəri yarım milyon insan Rusiya vətəndaşı olub. Onların da yarısını ukraynalılar təşkil edir.

Cari ilin ilk rübündə 161 000 nəfər Rusiya vətəndaşlığını alıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfə artıqdır.

Siyahıya 46,6 faizlə ukraynalılar liderlik edir. İkinci yerdə 12,9 faizlə qazaxlar, üçüncü yerdə isə 10 faizlə taciklər gəlir. Bundan sonra siyahını ermənilər (7,2 faiz), özbəklər (6,3 faiz), moldovalılar (4,8 faiz) davam etdirir.

Reytinqin səkkizinci yerində 2,7 faizlə qırğızlar qərarlaşıb. Bundan sonra siyahıda belaruslar (1,3 faiz faiz), vətəndaşlığı olmayanlar (2,4 faiz) və başqa dövlətlərin  vətəndaşları (2,2 faiz) gəlir.