Pakistanda qəzaya uğrayan təyyarənin pilotu ilə dispetçerin səs yazısı yayıldı - VİDEO

21:20 22-05-2020 16

“Pakistan Hava Yolları” (Pakistan International Airlines) şirkətinə məxsus “Airbus 320” sərnişin təyyarəsinin pilotu  ilə dispetçer arasında danışıqların audio yazısı yayılıb.

REN TV xəbər verir ki, səs yazısını məşhur pakistanlı pilot Fəxr- Əl Əlam öz “Twitter” hesabında paylaşıb.

Səs yazısında təyyarənin komandiri dispetçerə xəbərdarlıq edir ki, “Airbus 320”nin mühərrikində nasazlıq yaşanır.

Dispetçer isə cavabında bildirir ki, uçuş-enmə zolağı hava gəmisinin qəbul etməyə hazırdır.

Qeyd edək ki, bu gün “Pakistan Hava Yolları” şirkətinə məxsus “Airbus 320" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 99 sərnişin və səkkiz ekipaj üzvü olmaqla 107 nəfər həlak olub.