Millimizin futbolçusundan Almaniyada növbəti qol - VİDEO

23:40 22-05-2020 640

Almaniya II Bundesliqasında XXVII tura start verilib. 

HerGun.Az xəbər verir ki, millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” növbəti matçına çıxıb. 

“Nürnberq”in qonağı olan Aue təmsilçisi səfərdən 1:1 hesablı bərabərliklə dönüb.  

Qonaqların heyətində yeganə qola 51-ci dəqiqədə yığmamızın oyunçusu imza atıb. Start heyətində yer alan yarımmüdafiəçi hesabı açsa da, 63-cü dəqiqədə ev sahibləri avtoqol sayəsində məğlubiyyətdən qaçıblar. Nazarov qarşılaşmanın 66-cı dəqiqəsində əvəzlənib. 

Qeyd edək ki, aktivindəki xalların sayını 38-ə yüksəldən “Erzgebirge” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.