İranda ziyarətgahlar açılır

04:20 24-05-2020 402

İran prezidenti Həsən Ruhani ölkədə muzey və dini ziyarətgahları açmaq niyyətində olduğunu bildirb.

“RİA Novosti” xəbər verir ki, məscidlərin və digər ibadətgahların Ramazan bayramından sonra açılması planlaşdırılır.

Cari həftə ərzində məsələyə baxılacaq və bu barədə qərar mayın 30-da qəbul ediləcək.

Bundan əlavə, prezident qeyd edib ki, sabahdan etibarən tibbi qaydalara riayət etməklə, muzey və tarixi məkanların açılması planlaşdırılır.