Müəlliminin internet hesabına girdi, üç illik qiymətlərini dəyişdirib məzun oldu

06:00 24-05-2020 398

Türkiyədə lisey tələbəsi müəlliminin internet şifrəsini ələ keçirərək qiymətlərini dəyişib.

“HaberGlobal” məlumat verir ki, Busə G. üç illik tədris mərhələsini bitirərək məzun olub. Hadisə ortaya çıxandan sonra səhlənkar müəllim Məhərrəm V. məhkəməyə verilib.

Müəllim ifadəsində bildirib ki, dərs zamanı internet olmadığından həmin şagirdin telefonu ilə sistemə girib və qiymətləndirmə aparıb. Bundan sonra Busə G. sistemə girərək öz qiymətləri üzərində düzəliş edib.

Prokurorluq müəllim Məhərrəm V.-yə qarşı “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə iddia qaldırıb. Onun barəsində iki ilə qədər həbs istənilib.