Polislərə hiylə gəlməklə həbsdən yayındı - VİDEO

09:20 24-05-2020 431

Londonda yol polisinin təqibindən qaçan sürücünün dostu hüquq-mühafizə orqanlarının əməkdaşlarını çaş-baş salıb.

REN.TV xəbər verir ki, dar küçəyə daxil olan sürücü və onunla eyni avtomobildə olan sərnişin maşını tərk edərək insanların arasında gizlənmək qərarına gəlirlər.

Lakin təqib olunan şəxslərdən biri polislərin diqqətindən yayınmaq üçün başqa yol seçir.

O, avtomobildən düşəndən sonra bir qədər irəliyə qaçır, sonra isə 180 dərəcə geriyə çevrilir və heç nə olmamış kimi polislərin yanından ötüb keçərək təqibdən yayınır.