Mingəçevirdə dəhşətli qəza: Qadın sürücü yeddisi azyaşlı olmaqla, 10 nəfəri vurdu

14:20 24-05-2020 313

Mingəçevirdə “Opel” markalı avtomobil qəza törədib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib.

Qadın sürücünün idarə etdiyi avtomobil yeddisi azyaşlı olmaqla, eyni anda 10 nəfəri vurub. Yaralılar xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.