Dmitri Roqozin: “ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verilməyəcək”

15:40 25-05-2020 316

“Roskosmos” (Rusiya Federal Kosmik Agentliyi) ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək”.

Bunu “Roskosmos”un rəhbəri Dmitri Roqozin “Komsomolskaya pravda”ya müsahibəsində söyləyib.

O bildirib ki, Rusiya qarşı tərəfin kim olmasından asılı olmayaraq, Ayın özəlləşdirilməsinə imkan verməyəcək və bu, beynəlxalq hüquqa ziddir.

“Roskosmos”un rəhbəri əlavə edib ki, Rusiya 2021-ci ildə Aya ilk avtomotik missiyanı göndərməyi planlaşdırır.