Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

04:20 26-05-2020 537

İstanbulun Seyrantepe rayonunda pitbul cinsli it küçədəki başqa bir itə hücum edib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bölgədəki avtomobil yuyulması mərkəzlərindən birində çalışan şəxs pitbulunu gəzdirmək məqsədilə küçəyə çıxarıb. Bu zaman sərt davranışı ilə seçilən cinsə mənsub heyvan küçə itinə hücum edib. Sahibi itləri ayıra bilmədiyi üçün onları avtomobil yuyulması mərkəzinə qədər sürüyüb. Bundan sonra təzyiqli su ilə itlər bir-birindən ayrılıb.

Yaralı küçə iti veterinar həkimə aparılıb.

Hadisənin görüntüləri həvəskar kamera vasitəsilə lentə alınıb.