Restoran sahibindən ağlasığmaz addım: Maşın yoluna masa qoydu - FOTO
12:20 27-05-2020 345
Bakıda restoranlardan biri avtomobil yolunun hərəkət hissəsini qanunsuz olaraq zəbt edib.
HerGun.Az xəbər verir ki, paytaxtın Əli Əliyev küçəsi, 19 ünvanında fəaliyyət göstərən restoranın sahibi qeyri-adi addım atıb.
Restorana müraciət edən müştərilər üçün hətta avtomobil yolunda da masa qoyulub.
“Dayanma-durma qadağandır” nişanının yaxınlığında qoyulan masanın fotosu sosial şəbəkələrdə paylaşılıb. Şəbəkə istifadəçiləri bunun doğru olmadığını və hər hansı bədbəxt hadisənin baş verə biləcəyini bildiriblər.
Həmin fotoları təqdim edirik:
Könül Cəfərli