Meymun aparıcının üstünə cumdu, studiyada aləm qarışdı - VİDEO

08:40 28-05-2020 513

Misirli aparıcı Lobna Asal studiyada meymunun hücumuna məruz qalıb.

“El Watan” nəşrinin məlumatına görə, hadisə “Al-Hayat” telekanalının efirində misirli aktyor İbrahim əl-Sammandan müsahibə götürərkən baş verib.

Bildirilir ki, aktyor studiyaya layihədə iştirak edən meymunu ilə birlikdə gəlib. Digər aparıcı Hussam Həddad aktyorla söhbət elədiyi müddətdə Asal meymunla oynamaq istəyib. Lakin heyvan ona hücum edib.