Bakıda daha bir kafe karantin qaydalarını pozdu - FOTO
09:40 28-05-2020 371
Xocahəsəndə karantin rejimini pozan kafe aşkarlanıb.
HerGun.Az-ın məlumatına görə, ötən gün Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən reyd keçirilib.
Reyd zamanı paytaxtın Binəqədi rayonu Xocahəsən qəsəbəsində axşam saat 18:00-dan sonra fəaliyyət göstərən “Cavid” adlı kafedə karantin qaydalarının pozulduğu məlum olub.
Ümumilikdə, kafe sahibi ilə birlikdə 6 nəfər işçi saxlanılıb və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin (İX) 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunub.
Onlardan bir nəfər 200, digər şəxslər isə 100 manat məbləğində cərimələnib.
Könül Cəfərli