Bakıda velosiped oğrusu tutuldu

12:40 28-05-2020 298

Bakıda velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

HerGun.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng mərkəzinə mayın 23-də paytaxtın Xətai rayonu ərazisində Rəvan Şiriyevə məxsus velosipedin oğurlanmasına dair məlumat daxil olub.

Məlumat əsasında Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, velosipedi oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini - 1980-ci il təvəllüdlü O.Məmmədov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma zamanı O.Məmmədovun daha əvvəl Cinayət Məcəlləsinin 177 və 220-ci maddələri ilə məhkum olunduğu məlum olub.  

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli