Bakıda başından bıçaqlanan uşağın dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb - RƏSMİ

18:40 28-05-2020 312

“Suraxanı rayonunda azyaşlıya atası tərəfindən xəsarət yetirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılır”. 

Bu barədə HerGun.Az-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, azyaşlının məcburi əməyə - dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb:

“Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsində aparılan araşdırmalarla müəyyən olunub ki, azyaşlı evə gec gəldiyi üçün atası tənbeh etmək məqsədilə parçla (qulplu su qabı) övladına xəsarət yetirib.

Fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir, ailə üzvlərinin və digər yaxınlarının izahatları alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

Könül Cəfərli