Çılpaq gənc məktəbə soxularaq 100 min dollarlıq zərər vurdu

04:20 29-05-2020 363

ABŞ-ın Florida ştatında tamamilə çılpaq olan gənc məktəbin binasına soxularaq 24 saat içəridə qalıb və hər yeri dağıdıb.

Bu barədə “Daily News” xəbər verib.

20 yaşlarında olduğu düşünülən gəncin hərəkətləri müşahidə kamerası tərəfindən qeydə alınıb.

Hüquq mühafizə orqanlarından bildirilib ki, gənc kompyuterləri və televizorları sındırıb, divarlara qraffiti çəkib və məktəbi suya qərq edib. Məktəbə dəyən ümumi zərər 100 min dollar (170 000 AZN) miqdarında hesablanıb.

Çılpaq gəncin təhsil müəssisəsinə necə daxil olduğu məlum deyil.