“Sədərək” ticarət mərkəzinin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA

19:00 29-05-2020 384

“Qaydaları pozan müəssisələrin hüquqi şəxsləri barədə müvafiq inzibati tədbirlərin görülməsi müzakirədədir və yaxın günlərdə açıqlanacaq”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, iri ticarət mərkəzlərinin içərisində fərdi mağaza sahibləri, fərdi sahibkarlıq subyektləri sosial məsafəyə və maskalardan istifadə edilməsinə ciddi diqqət etməlidir.

“Qaydalara riayət etməyənləri inzibati məsuliyyət gözləyir. “Sədərək” ticarət mərkəzində fəaliyyətin bərpası da bizi narahat edir. Orada çalışanlar, vətəndaşlar qaydalar çərçivəsində hərəkət etməlidir”.

İlhamə Əbülfət