Bakıda adam oğurluğu edən dəstənin üzvü tutuldu

13:20 30-05-2020 565

Bakının Xətai rayonunda adam oğurluğu edən şəxs tutulub.

Demokrat.az-ın məlumatına görə, polisin keçirdiyi əməliyyat nəticəsində İsmayılov Natiq Həsən oğlu saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İstintaq davam edir.