“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh etdi

05:40 31-05-2020 398

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Kike Setyen mövsümün yerdə qalan oyunlarında əlavə iki əvəzetməyə icazə verilməsinə münasibət bildirib.

“AS” agentliyinə müsahibə verən mütəxəssis bildirib ki, qərar “Barselona”nın oyun tərzinə təsir etməyəcək:

“Biz qarşılaşmanın taleyini oyunun sonlarında həll edirik. Əgər rəqib komanda matçın sonlarında yeni futbolçuları döyüşə atarsa, üstünlüyümüzü itirə bilərik. Amma bu, eyni zamanda, bizə əlavə ehtiyatlar əldə etməyə müəyyən vaxt da qazandıracaq”.

K.Sityen uzun müddət futbolsuz qalan oyunçuların psixoloji durumundan da söz açıb.

Kataloniya klubunun baş məşqçisi hesab edir ki, futbolçular psixoloji olaraq istirahət ediblər və uzunmüddətli fasilədən sonra meydana çıxmaq onlar üçün yaxşı motivasiyadır.