“Expressbank” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş qanvermə aksiyası keçirdi

11:20 01-06-2020 415

Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən, ölkənin aparıcı banklarından olan “Expressbank” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək kampaniyasını həyata keçirib.

Kampaniya çərçivəsində, “Expressbank”ın rəhbərliyi və əməkdaşları könüllü olaraq, bu irsi xəstəliyindən əziyyət çəkən uşaqlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə qan veriblər.

“Qan ver, həyat ver” şüarı altında keçirilən aksiya çərçivəsində, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin peşəkar həkim kollektivi tərəfindən hərtərəfli tibbi müayinədən sonra donorlardan qan toplanaraq, talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara təqdim olunub. 

Aksiyanı növbəti linkdən izləyə bilərsiniz: https://bit.ly/2XlRFLT 

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.