Azərbaycanda inflyasiyanın həcmi açıqlandı - RƏSMİ

15:20 01-06-2020 482

“Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür. 12 aylıq inflyasiya 3 faizdir və bu, hökumətin və Mərkəzi Bankın proqnozundan aşağıdır”.

HerGun.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, valyuta bazarında stabillik hökm sürür. 

“Bu il 56 milyon dollar olub. Alınan valyutanın da əksəriyyəti idxalla bağlıdır”.

E.Rüstəmov qeyd edib ki, 2019-cu ildə orta valyuta satışı 66 milyon dollar təşkil edib”.

İlhamə Əbülfət