Türkiyədə daha 23 nəfər koronavirusdan ölüb
22:40 01-06-2020 461
Son sutka ərzində Türkiyədə yeni növ koronavirusdan (COVID-19) daha 23 nəfər ölüb.
Bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında paylaşıb.
Məlumatda o da qeyd olunur ki, son 24 saatda 31 525 şübhəli koronavirus testindən keçib, onlardan 827-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyə qədər ümumilikdə 4563 nəfər ölüb