Deputat baş nazirə müraciət etdi

11:40 02-06-2020 375

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Baş nazir Əli Əsədova müraciət edib. 

HerGun.Az-ın xəbərinə görə, Q.Paşayeva parlamentin iclasında deyib ki, müraciəti suvarma sistemi probleminin həlli ilə bağlıdır. 

“Tovuz rayonunun problemini həll edəcək iki böyük layihə var. Bununla bağlı Nazirlər Kabinetinə müraciət ünvanlanıb. Baş nazir cənab Əli Əsədovu bu layihələrə dəstək verməyə çağırıram”, -deyə deputat əlavə edib. 

Q.Paşayeva həmin layihələr barədə məlumat verib, deyib ki, onlardan biri Zəyəm çayı üzərində su anbarının tikilməsi ilə əlaqədardır. 

“Bu, həm də Şəmkirin bir çox kəndində kənd təsərrüfatının inkişafına səbəb olar. İkincisi isə Kür çayından su nasosları ilə kəndlərə su vurulmasıdır”. 

Aqşin Kərimov