Canlı efirdə ağlayan Əməkdar artistin oğlu müğənniyə çətin anlar yaşatdı - VİDEO

12:00 02-06-2020 567

“Qadın gənc yaşda ana olsa yaxşıdır. Hövsələli və səbirli olur. Lakin yaşa dolandan sonra ana olanda qadın səbrsiz olur. Tez alovlanır. Elə ana yoxdur ki, övladına əsəbiləşməsin. Övlad qab-qacaqları qıracaq, özünü pis aparacaq, ana da bunları sakit izləyib, reaksiya verməyəcək. Bu, əsla mümkün deyil!”

HerGun.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elmira Ələkbərzadə “MTV Azərbaycan” telekanalında yayımlanan “Ulduzun vaxtı” musiqili-əyləncəli proqramında oğlu Davidlə qonaq olarkən deyib.

Efirə nadir hallarda çıxan sənətçi məsələyə belə aydınlıq gətirib:

“Mətbuata lazım olan informasiyanı özüm verirəm. Heç kimə ixtiyar vermərəm ki, şəxsi həyatıma müdaxilə etsin. Belə insan deyiləm. Nə varsa, göz önündədir. Mən, həyat yoldaşım və övladım. Əzəldən efirə az-az çıxmışam. Bu, mənim devizimdir”.

Proqramın sonuna kimi E.Ələkbərzadənin oğlu dəcəllik edərək, anasına çətin anlar yaşadıb. Ağlayaraq operatorun qulaqlığını əlindən alıb, evə aparmaq istədiyini söyləyən David müğənninin sözlərini qulaqardına vurub. O, qulaqlığa görə göz yaşı tökərək, evə getmək istədiyini deyib. 

Rəşad Əliyev