Alimlərin yeni təcrübəsi koronavirusun müalicəsinə kömək edə bilər

06:40 03-06-2020 427

Çinli alimlər siçanları effektiv formada koronavirusa yoluxdurmağın yolunu tapıblar.

Həkimlərə COVID-19 peyvəndini icad etməyə kömək edə bilən bu məlumat “Cell Host & Microbe” jurnalında yerləşdirilib.

İnfeksiyanı laboratoriya siçanlarına ötürmək və insan reseptorları olan heyvanlar yaratmaq CRISPR/Cas9 texnologiyası sayəsində mümkün olub.

Həkimlər SARS-CoV-2-ni insan orqanizminə nüfuz etməsini təmin edən fermenti (hACE2) əldə ediblər. Mütəxəssislərdən ibarət bir qrup siçanları tənəffüs sistemi və mədə vasitəsi ilə mədə-bağırsaq traktının problemlərini təqlid edərək yoluxdurublar.

Bununla yanaşı, alimlər qeyd ediblər ki, normal şəraitdə qəsdən, düşünülmüş şəkildə təcrübə aparılaraq siçanların yoluxdurulması olduqca çətindir.

Alimlərin fikrincə, tədqiqat zamanı əldə edilən nəticələr koronavirus peyvəndini sınamaq üçün faydalı ola bilər.