“Sabah” Premyer Liqadan əvvəl “Qarabağ”la oynayacaq - FOTO

17:00 03-06-2020 394

“Sabah” Futbol Klubu hücumçusu Xulio Rodriqeslə yeni müqavilə bağlayıb.

HerGun.Az xəbər verir ki, müqaviləyə əsasən, paraqvaylı hücumçu daha bir il Bakı komandasının uğurları üçün çalışacaq.

Xatırladaq ki, 29 yaşlı futbolçu “Sabah”a bu ilin yanvarında transfer olunub.

“Sabah” ilə bağlı digər xəbər “Qarabağ”la yoxlama oyununda qüvvəsini sınamasıdır. Matç iyunun 9-da saat 19:30-da Masazır qəsəbəsində yerləşən “Bank Respublika Arena”da baş tutacaq.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı uzunmüddətli fasilədən sonra iyunun 1-də məşqlərə başlayan “Sabah” FK hazırlıqlarını “Bank Respublika Arena”da davam etdirir. Komanda Premyer Liqanın XXI turunda “Keşlə” ilə qarşılaşacaq. Matç iyunun 21-də baş tutacaq.