Maldiv sahillərinə bənzətmək istədilər: Türkiyədə hotel rəhbərliyi dəniz sahlinə beton tozu səpdi - FOTO

08:20 04-06-2020 413

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda beşulduzlu hotel ətrafına Maldiv adalarındakı görüntünü vermək məqsədilə mərmər tozu səpiblər.

“HaberGlobal” məlumat verir ki, hotel işçiləri dəniz sahilinə mərmər tozu səpmək istədikləri zaman polislər tərəfindən yaxalanıblar.

Hotel rəhbərliyi cərimə edilib, hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Qeyd edək ki, mərmər tozu insan sağlamlığına zərərdir və dəniz suyuna düşdüyü zaman canlıları məhv edir.