Məşhur Ticarət Mərkəzinin qarşısında ağır qəza: Yaralılar var - FOTO

22:00 04-06-2020 428

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var. 

APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Qara Qarayev prospektində, “Lotos” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib və üç nəfər xəsarət alıb.

Xəsarət alanlar 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.