Elbrus dağında itkin düşmüş üç paraşütçü xilas edildi - VİDEO

08:40 05-06-2020 395

Rusiyanın Elbrus dağında dərəyə düşən paraşütçülər xilas edilib.

REN TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsindən məlumat verilib.

Köməksiz vəziyyətdə qalan üç paraşütçünü axtarış-xilasetmə dəstəsi qurtarıb.

Paraşütçülərdən biri ayağından xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib.