Yaponiyada havanın isinməsi ilə əlaqədar əhalini maskaları çıxarmağa çağırdılar

15:00 05-06-2020 350

Yaponiyanın Ətraf Mühit Nazirliyinin mütəxəssisləri insanları aralarında kifayət qədər məsafənin gözlənilməsi şərtilə maskalarını çıxarmağa çağırıblar.

Bu barədə NHK məlumat yayıb.

Qeyd olunur ki, bu gündən Yaponiyada sərin hava əsl yay istiliyi ilə əvəz olunub.

Tempraturun 30-32 dərəcəyə qalxması ilə əlaqədar, Ətraf Mühit Nazirliyinin mütəxəssisləri küçədə insanlara kifayət qədər məsafə saxlamaq şərtilə, su içməyi və tibbi maskanı çıxarmağı tövsiyə edirlər.