Bu gün Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb

23:00 05-06-2020 554

Son sutka ərzində Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb.

Bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.

Məlumatda bildirilir ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 648 nəfərə çatıb.

Bu gün həmçinin daha 930 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 168 340 nəfər olub.