UFC rəhbəri iğtişaşlara son qoymaq üçün döyüşçüləri küçələrə göndərmək istəyir

13:00 06-06-2020 409

UFC rəhbəri Deyna Uayt ABŞ-da etirazlar zamanı vandallıq edənlərə qarşı çıxmış yarımağır çəki dərəcəsində divizion çempionu Con Consun hərəkəti barədə fikirlərini bildirib.

Bu barədə “FightTime” məlumat yayıb.

“Düşünürəm ki, görəsən küçədəki iğtişaşları qaydaya salmaq və bütün bunları dayandırmaq üçün digər oğlanları da göndərimmi?” - deyə D.Uayt sual verib.