Bakıda yol polisi yaralı qadına kömək etdi - VİDEO

15:20 06-06-2020 394

Bakıda polis əməkdaşları yaralı qadına kömək ediblər. 

HerGun.Az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. 

Ərazidə xidmət aparan Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları yaralı qadına ilkin təcili yardım göstərməklə xəstəxanaya çatdırıblar.

Məlumata görə, qadın mətbəxdə qab yuyarkən sınan şüşə onun qoluna batıb və damarlarını zədələyib. Küçəyə çıxan qadının köməyinə çatan polis əməkdaşları onun qolunu xidməti avtomobildə olan dərman və tibbi sarğılarla bağlayaraq, ilkin yardım göstərməklə qan itirmənin qarşısını alıblar.

Hazırda qadının vəziyyəti yaxşıdır.

Könül Cəfərli