Ukraynada uşaq bağçasında dəhşət: Tərbiyəçi körpəni yastıqla boğub öldürdü - VİDEO

01:40 07-06-2020 500

Ukraynada dəhşətli hadisə baş verib.

Haberler.com məlumat verir ki, Zaporojye şəhərində yerləşən, qeydiyyatsız fəaliyyət göstərən bağçaların birində tərbiyəçi azyaşlını öldürüb.

İşrina Suxanova ağlayan uşağın səsindən narahat olub və yastıqla körpəni boğub. Bu zaman uşağın nəfəs almadığını görən qadın onun ailəsinə xəbər verib. Körpənin atası təcili yardım çağırsa da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Tərbiyəçi ifadəsində uşağın qusmadan boğulduğunu desə də, nəzarət kameralarında onun həmin qadın tərəfindən boğulduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanıb.