“Pandemiya dövründə yasaq eşq” - FOTO

03:00 07-06-2020 602

Latviya Rəssamlıq Akademyasının tələbəsi Anse Vilnite Riqa küçələri ilə insan bədəninə bənzəyən kobud şəkildə bükülmüş və üzərinə qırmızı boya tökülmüş fiqur gəzdirib.

Bu barədə “BaltNews” xəbər yayıb.

Sonra Vilnite bıçaqla onu doğrayıb, sonra isə əli ilə bəzi hissələri qoparıb.

Vilnitenin sözlərinə görə, hərəkətləri bədii performansdır və bunun köməyi ilə o, “pandemiya dövründə incəsənətin qadağan edilmiş məhəbbətə çevrilməsi barədə sual verib”.