Demet Akalın üsyan etdi: “Bu, belə çox davam etməz”

08:20 08-06-2020 501

Türkiyənin məşhur müğənnisi Demet Akalın restoranda ödədiyi qiymətə görə üsyan edib.

Sondakika.com xəbər verir ki, müğənni iki salat, bir qazlı içki və çərəz üçün 260 TL (65 AZN) ödəyib.

O, İstanbulda yerləşən restoranlardan birinin qiymətinə üsyan edərək, “Bu, belə çox davam etməz” deyib.