Üç gün ac-susuz tayqada qalan 10 yaşlı uşaq onlarla kilometr yol getdi və sağ qaldı - VİDEO

03:00 09-06-2020 662

Rusiyada tayqa meşəsində azan 10 yaşlı uşaq üç gün ərzində 40 km yol gedib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə onun bədənində çoxlu sayda həşərat sancmasına rast gəlinib, bədəni susuzlaşıb. Uşağın sağ qalması möcüzə kimi qiymətləndirilib.

Könüllülər xilasetmə axtarışları zamanı  meşədə çoxlu vəhşi heyvanla rastlaşdıqlarını bildiriblər. Onlar uşağın möhkəm iradə və meşədə sağ qalma barədə atasının öyrətdikləri sayəsində yaşadığını bildiriblər.

Uşaq yola çıxdıqdan sonra bir sürücü tərəfindən evinə aparılıb. Hazırda onunla psixoloqlar işləyirlər.

Qeyd edək ki, velosiped sürmək üçün evdən çıxan uşaq itkin düşmüşdü. O, meşədə qaldığı üç gün ərzində çay suyu içib.